Psixi inkişafda ünsiyyətin rolu
Şəxsiyyətin
formalaşmasına fəal təsir göstərən amillərdən biri də ünsiyyətdir. O, psixi
inkişafın gedişində üzə çıxsa da, bilavasitə onu şərtləndirir, fəaliyyətin
tərkib hissəsi kimi özünü göstərir. Böyüməkdə olan uşağın şəxsiyyətinin
formalaşmasında bir çox digər psixoloji törəmələr kimi ünsiyyət təlabatı da
aparıcı rola malikdir.Yaxşı ünsiyyət mühiti və tərəfdaş insanın fəallığını artırır,
əhvalında gümrahlıq yaradır, hisslərini və zövqünü cilalayır.Ünsiyyət təlabatı
insanın bütün həyatı boyu keyfiyyətcə daim dəyişən, dinamik və potensial olaraq
zəngin psixi imkandır.Körpənin ünsiyyət təlabatı öz başlanğıcını yaşlıların xoş niyyətli, xeyirxah
təbəssüm və baxışlarından götürür, sonralar uşağın özünü təsdiq etməyə,
müstəqilliyə, yaxın adamlarla ruhi-mənəvi bağlılığa çevrilir, onlar üçün
darıxma həddinə qədər yüksəlmiş olur. Ünsiyyət
təlabatı insan psixikasının şəxsiyyətyönümlü keyfiyyətidir, onun
davamlı və bütöv bir sistem kimi özünü dərketməsidir və fərdiyyətin əsasıdır.
Ünsiyyət mürəkkəb və çoxcəhətli bir proses olub, insanlar arasında əlaqələrin yaranmasında və inkişafında, onların birgə fəaliyyətində, informasiya mübadiləsində, həmçinin bir-birilə optik qavramasında mühüm rol oynayır. Bu cəhətdən ünsiyyət strukturunda onun üç başlıca cəhəti: kommunikativ, interaktiv və perseptiv cəhətləri fərqləndirilir.
Ünsiyyət fəaliyyətinin kommunikativ funksiyası bu prosesin
subyektləri arasında informasiya mübadiləsinin gedişində üzə çıxır. Onun
vasitəsilə insanlar bir-birinin məqsəd, niyyətini nəzərə
almaqla, fəal subyektlər rolunda çıxış edir, öz biliklərini dəqiqləşdirir, yeni
məlumatlar əldə edir və onların zənginləşməsinə nail olurlar. Kommunikativ prosesdə insanlar ünsiyyət vasitəsi kimi başlıca olaraq danışıq işarələri
sistemi, simvollar toplusu olan dildən, buna müvafiq olaraq nitqdən, həmçinin
optik-kinetik işarələr sistemi kimi jest, mimika və pantomimikadan, para və
ekstralinqvistik sistemdən sistemdən (intonasiya, pauza) və gözün əlaqə
sistemindən istifadə edirlər. Dilçilərin fikrincə, hazırda dünyada 5000-dən
artıq danışıq dili mövcuddur.
Ünsiyyətin
interaktiv tərəfi bu prosesə qoşulan insanların ümumi qarşılıqlı fəaliyyət
strategiyasının qurulmasına əsaslanır. Psixoloqlar insanlar arasında qarşılıqlı
təsirin iki başlıca formasını – kooperasiya və konquryentliyi fərqləndirirlər.
Bunlardan birincisi adamların razılığına, ikincisi isə onlar arasında konfliktə
əsaslanır.
Ünsiyyətin
perseptiv tərəfi dedikdə, bir adamda başqa adam haqqında obrazın formalaşması,
onun fiziki və psixoloji xarakteristikası, psixoloji xüsusiyyətləri və
davranışı haqqında təsəvvürlərin yaranması başa düşülür. Bir adamın başqasını
qavramasının əsas mexanizmi identifikasiya (oxşatma) və refleksiyadır(subyektin
özünün başqaları tərəfindən necə qavranıldığını dərk etməsi).
Ünsiyyət vasitəsilə insanlar arasındakı əlaqələr hər bir fərdin
mövcudluğunun zəruri şərtidir. Psixoloqlar insanlar arasında ünsiyyətin üç əsas
səviyyəsini fərqləndirirlər:
1. Birinci
səviyyədə (mikrosəviyyə) ünsiyyət şəxsiyyətin həyat tərzinin mühüm cəhəti
kimi özünü göstərir. Burada onun hansı adamlarla əlaqə qurması, əsas
fəaliyyəti, formalaşmış ünsiyyət stili və digər parametrlər aşkar şəkildə üzə
çıxır. Bütün bunlar ictimai münasibətlərlə, şəxsiyyətin həyatının sosial
şərtləri ilə sıx bağlı olur. Bu səviyyədə şəxsiyyət müəyyən etiket və
qaydaları, ənənələri, başqa adamlarla ünsiyyət normalarını nəzərə almalı olur.
2.İkinci səviyyədə (mezasəviyyə) şəxsiyyət
başqaları ilə müəyyən mövzu ətrafında əlaqələr yaradır. Bu səviyyədə ünsiyyət
bir adamın başqa bir adamla və qrupla ünsiyyəti şəklində qurulur, və ya bir
görüş ərzində başa çatır, ya da saatlarla günlərlə davam edir.
3.Üçüncü səviyyədə (makrosəviyyə) ünsiyyət
elementar vahidlər vasitəsilə (“sual-cavab”, “əl sıxma”, “minemik hərəkət və
baxışlar”, “cavab” və s.) həyata keçirilir.
Bu əlaqənin möhkəmləndirilməsi və düzgün reallaşması uşağın inkişafına, onun müstəqillik imkanlarının genişləndirilməsinə münasibətdən asılıdır.Bu dövrdə uşağın həyatında aparıcı təlabat ünsiyyət təlabatıdır. Yaşlı ilə körpə arasında emosional ünsiyyət formasında qurulan əlaqələr informasiya mübadiləsi imkanlarından hələ çox uzaq olur.Körpəlik dövründə ünsiyyətdən, xüsusilə ana ilə ünsiyyətdən məhrum edilmiş uşaqlar psixi inkişaf səviyyəsinə görə bu imkanlara malik uşaqlardan geri qalırlar.
Rəvayətə görə Peyğəmbər (s) camaatla günorta namazı qılırdı, ancaq adi vaxtlardan
fərqli olaraq, namazın son iki rükətini tez-tələsik başa çatdırdı. Namazdan
sonra adamlar Peyğəmbər (s) soruşdular: “Məgər bir hadisə baş vermişdir ki, Siz
namazınızı bu cür tez-tələsik başa çatdırdınız?”. Peyğəmbər (s) buyurdu: “Məgər
siz ağlayan körpənin səsini eşitmədiniz?”. Beləliklə, sonradan məlum oldu ki, Peyğəmbər (s) körpəni sakitləşdirmək və ona nəvaziş göstərmək üçün öz namazını tələsik
yerinə yetirmişdir.
Normal psixi
imkanlarla doğulmuş uşağın xarici aləmi dərk etməsində dil mühüm rol oynayır.
Nitqəqədərki mərhələdə körpə dünyanı sadə sensomotor (hissi-hərəki) sxemlər
vasitəsilə dərk edir. Oyuncaqlarla əylənmək, daha sonra yaşlıları təqlid etmək
yolu ilə uşaq əşyaların forması ilə tanış olur, hadisələr arasındakı
səbəb-nəticə əlaqələrini anlamağa çalışır. Bu üsulla o, öz bədənini idarə
etməyi öyrənir, hərəki vərdişlər qazanır. Bu obrazlı şəkildə “davranış dili” adlandırılır
Körpənin
özünəməxsus psixi həyatı onun sosial davranışının təzahürlərində əks olunur.
Sosial davranış dedikdə, insanın başqa adamlarla qarşılıqlı münasibətləri başa
düşülür. Körpəlik dövründə uşaq ətrafında başqa adamların da olduğunu, kimin
isə onunla oynamaq istədiyini anlamasa da, adamları ətraf xarici aləmin fiziki
obyektlərindən fərqləndirə bilir.
Yeni doğulan
körpənin emosional həyatında ağlama reaksiyası əsas yer tutur. Onun ağlama
səsləri adətən bir not üzərində monoton ritm üzrə baş verir. Körpənin rahatlğı
(komfort) və narahatlığından (diskomfort) asılı olaraq onun nitqində bəzi
xüsusi səslər müşahidə olunur. Körpənin qırıq-qırıq ağlaması və əmmə hərəkətlərinin hərəkətləri onun səs repertuarını
zənginləşdirir. Vokolizasiya adlanan bu proses öz forma və xarakterinə görə
dəyişir, körpənin daxili vəziyyətindən, xarici mühitin təsirlərindən asılı
olaraq müxtəlif fizioloji reaksiyaların yaranması baş verir. Dörd aylığında
körpə ona yönəlmiş nitqə qarşı təbəssümlə cavab verir. Bu dövrdə uşağın səs
fəallığında sıçrayış müşahidə olunur. Əvvəlcə körpə “a” və “o” səslərini,
sonra isə m,b,p,d kimi samitləri
tələffüz edir. Tədricən uşaq müəyyən səs birləşmələrini özünəməxsus şəkildə
təkrarlamağa başlayır. Yaşlıların uşaqla verbal ünsiyyəti məhdud olduqda, bu uşağın nitqinin inkişafının
ləngiməsinə gətirib çıxarır. Bu ləngiməyə səbəb olan amillərdən biri də,
psixoloqların fikrincə, yaşlıların
hədsiz çox danışmasıdır. Yaşlıların çoxsözlü və mürəkkəb nitqi uşaqlarda
nitqin inkişafına ləngidici təsir gəstərən amillərdən biridir. Məşhur İsveçrə
psixoloqu J.Piaje belə hesab edirdi ki, uşaqlarda dilin mənimsənilməsi
imkanları onlarda idrak qabiliyyətlərinin inkişaf səviyyəsindən asılıdır.
Комментариев нет:
Отправить комментарий