Stress və depresiyya müasir dövrdə
geniş yayılmış psixoloji pozuntulardır. Stress və depressiyaya düşmə səbəbləri
nə qədər müxtəlif olsa da, gündəlik həyatımızda diqqət etmədiyimiz
bir çox xırda nüanslar insanların son nəticədə stressdən və depressiyadan əziyyət
çəkmələrinə səbəb olur. Əgər biz bu xırda nüanslara diqqət
etsək , vaxtında bəzi kiçik problemləri həll etsək stress və depresiyya kimi xəstəliklərdən
əziyyət çəkmərik. Bildiyimiz kimi stress və depressiyanı yaradan səbəblər
çoxfaktorludur. Aşağıdakılara diqqət etsək stressdən və
deresiyyadan müəyyən qədər uzaq ola bilərik:
• SAHİB OLDUQLARINIZI İTİRMƏKDƏN QORXMAYIN
Məlum məsələdir ki, hər bir
insanın həyatında onun üçün dəyərli olan ailəsi , dostları , işi , evi , maşını
və s. var. Əgər bu sadalananlardan ən azı 2-3-ü varsa , insanda bunları “nə
vaxtsa itirmək qorxusu” olur. Bu müəyyən həddə qədər olduqda yaxşı haldır. Ancaq
normadan çox olması , paranoid düşüncələrin yaranmasına səbəb olur ki, bu da həyatınızı
çətinləşdirir, həmin insanlardan asılı hala salır və bu da nəyinki sizi stressə,
depresiyya salar, bir çox xəstəliklərin də yaranmasına şərait
yaradar. Buna görədə çalışmaq lazımdır ki , itirə biləcəklərinizə əvvəlcədən
özünüzü hazırlayın.
• SİZİ NARAHAT EDƏN, GƏRGİNLƏŞDİRƏN FİKİRLƏRDƏN, DÜŞÜNCƏLƏRDƏN UZAQ OLUN
“ Kaş ” , “ Gərək ” kimi sözlərlə
başlayan cümlələr qurmaqdan çəkinin. Sizi gərəksiz düşündürən fikirləri
ağlınızdan çıxardın. Sizi gərginləşdirən, narahat edən fikirlər varsa onları ya
özünüzdən uzaqlaşdırın, ya da həll etməyə çalışın. Əgər sizi narahat edən
fikirlər varsa, siz onlardan qurtula bilmirsinizsə, stress və depresiyyadan qaça
bilməyəcəksiz.
• XOŞLAMADIĞINIZ MÜNASİBƏTLƏRİ DAVAM ETDİRMƏYİN
Əgər münasibət qurduğunuz insanlardan
xoşunuza gəlməyənlər varsa onlardan mümkün qədər uzaqlaşın. Nə onların sizin dəyərli
vaxtınızı korlamağına icazə verin, nə
də siz onların vaxtını alın. Münasibətlərinizdə sərbəst olun və düşünməyin ki, bütün insanlar eynidir, əlbəttə sizə müsbət enerji verən
insanlar vardır və ya qarşınıza çıxacaqdır.
• HƏZZ ALDIĞINIZ ŞEYLƏRİN SİYAHISINI TUTUN
Sizi əyləndirən , sizə zövq verən , sizi yormayan və həzz aldığınız
şeylərin siyahısını tutun. Onlara
vaxt ayırın. Özünüzü yorğun hiss edəndə, əsəbi olanda bütün neqativ enerjinizi
onlara yönləndirib, əylənməyə, zövq almağa çalışın.
• QARDİROBUNUZDAN XOŞLAMADIĞINIZ PALTARLARINIZI ÇIXARDIN
Gözəl və xüsusi adlandırdığımız geyimlərin
müəyyən müddətlikdə olsa özümüzü necə yaxşı hiss etdirdiyini bilirik. Boş
yerə qadınlar stress atmaq üçün alış-veriş etmirlər. Yəni
gözəl hiss etdirən geyimlər stressdən çıxmağa kömək edirsə , eynilə də xoşa
gəlməyən geyimlərimiz bizi yorur, müəyyən qədər əhvalımıza təsir göstərir, onu
korlayır. Buna görə də ya xoşa gəlməyən , tam olaraq bəyənmədyiniz geyimləri
almayın, ya da varsa artıq qardirobunuzda onları çıxardıb, atın , kiməsə ehtiyacı olan birilərinə bağışlayın.
• POZİTİV DÜŞÜNÜN, HEÇ OLMASA BUNA CƏHD EDİN
Pozitiv düşünmək üçün çalışın müsbət
düşüncəli insanların əhatəsində daha çox olasınız. Yaxın dostlarınızla çox vaxt
keçirin.Onlarla xoş söhbətlərə vaxt ayırın. Ən pis halınızda belə şükür etməyi
bacarın, ən pisi də belə yaxşını görün, qiymətləndirin.Yanlız hisslərinizlə
deyil, çətin anlarınırzda məntiqlə düşünməyə çalışın və s.
Ən sonda nəzərinizə bir ibrətamiz
hekayəni çatdırmaq istəyirəm:
Bir qrup yaşlı
insan bayramda ən çox sevdikləri qoca professoru yad etmək üçün onun evinə
gəlir.Xoş xatirələrdən uzun müddət danışdıqdan sonra söhbət gündəlik
həyatlarına-şikayətlərinə, stresslərinə gəlir.Tələbələrinə çay qonaqlığı verən
müəllim onların çayını müxtəlif cür olan fincanlarda gətirir: köhnə , yeni,
bahalı, dəbdəbəli və s. İsti çaya hamının qonaq olmağını istəyir. Hər
kəs bir fincan çay götürdükdən sonra , qoca professor bele deyir:
- ”Əgər diqqət etdnizsə ilk olaraq hamı daha maraqlı görsənən , daha
bahalı, daha yaxşı fincandakı çayı özünə götürdü. Hər kəs özü üçün normal
olaraq ən yaxşısını seçmək istədi. Bu həmdə bir anlıq da olsa sizin “stress”
keçirməyinizə, gərginləşməyinizə səbəb oldu. Ancaq hamının istədiyi çay idi,
fincan deyil. Həyatda belədir, özümüz üçün istədiyimiz ən yaxşı şeylər bizi
məqsəddən uzaqlaşdırmaqla yanaşı həmdə stressə salır, gərginləşdirir. Əgər biz
həyatı çay, fincani isə ailə, iş, pul, maşın və s. kimi qiymətləndirsək harda
səhvə yol verdiyimzi anlaya bilərik. Ən yaxşıya sahib olmaq istəyi bizdə
şüuraltı olaraq ona yönlənməyə və bu da öz növbəsində stressə, depresiyyaya
səbəb olur. Əgər biz ancaq fincana yönləndirsək özümüzü, onda çay nəzərdən
qaçacaq və çayın dadını hiss etməyəcəyik. Buna görə də fincana yox, içindəkinə
nəzər yetirməliyik ki, ağzımızın dadı qaçmasın.”
Комментариев нет:
Отправить комментарий