Qorxu Hissi
Psixoloq Reyn Vall qorxu emosiyasını belə qeyd edirdi: qorxu daxilin, mənin özünə məxsus müdafiə mexanizmidir. Bunu orqanizmin bioloji səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar. Belə ki, qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artır ki, bu da orqanizmdə hormonal partayışa səbəb olur.
Psixoloqlar qeyd edirlərki qorxunun yaranma səbəbləri müxtəlif ola bilər, lakin bəzən qorxunu yaradan konkret səbəbi qeyd etmək çətindir. Psixoloq Qrey qorxunu yaradan səbəbləri 4 kateqoriyaya ayirmişdir: yeniliklərdən qorxma, intensivlikdən qorxma, təkamül prosesində formalaşmış təhlükə siqnallari və sosial təsir zamanı yaranan qorxu. Psixoloq Boulbi isə qorxunun anadan gəlmə determinantlarını qeyd edirdi ki,bunları da təbii stimul və onlardan törəmə kimi ayırmşdır. Təbii stimullara tənhalıq, yadlıq, qəfildən yaxınlaşma, gözlənilmədən dəyişmə, hündürlük və agrı aiddir. Tədqiqatlar nəticəsində qorxu emosiyasını yaradan səbəblərin müxtəlif olması 100-dən çox qorxu növünün ayırd edilməsinə səbəb olmuşdur. Lakin qorxunun aradan qaldırılması üçün müxtəlif psixoloji təsir üsullarından istifadə etməklə qorxunun davamlı xarakter daşımasının qarşısını almaq olar.
Psixologiyada qorxu emosiyasından danışarkən qorxu emosıyasının diferensasiyasına da böyük əhəmiyyət verirlər. Qorxu emosiyasının dəqiq göstəricisi kimi mimik vasitələr çıxış edir. Qorxu hissi keçirən insanda adətən qaşlar qalxır, burunun üst hissəsinə yaxınlaşmış şəkil alır, alın mərkəzində üfüqi qırışlar əmələ gəlir, get- gedə dərinləşir, gözlər geniş açılmış, göz qapagı azca qalxmış olur. Bundan əlavə agız yarı açiq, agızın küncləri isə dartılmış vəziyyətdə olur. Beləliklə də insanın mimikasına baxmaqla qorxu hissini yaşamasını aydın görmək olur.
Sevgi psixologiyası
Sevgi hər şeyin başlanğıcı, ortası və sonudur (La Cordaire)
Sevgi spesifik psixoloji xüsusiyyətlərə malikdir. Onun növlərini :
Simpatiya;
Aşiq olmaq;
Bağlılıq;
Tamamlanmamış sevgi;
Nevrotik və s.
Aşiq olmaq affektiv sevgi adlanır. Bu qorxulu hissdir. Çünki ani zamanda baş verir. Beyin əslində öz istədiyinə aşiq olur, bu da təbii ki, qeyri-real, yəni şəxsiyyətin ideallaşdırdığı obrazdır. Şəxsiyyətdə nə zaman affektiv sevgi baş verə bilər? Sadə şəkildə belə izah edə bilərik: Şəxsiyyət hər hansı bir insanda müəyyən müsbət cəhəti gördükdə, bu məhz mənim idealımdakıdır deyir və beləliklə də ona vurulur. Beyindəki filtr bütün müsbət keyfiyyətləri şişirdir, fəqət mənfi cəhətləri görmür. Əgər ünsiyyət prosesi uzun müddət davam edirsə, aşiq olan həmin insanı real situasiyada tanıyır, buna baxmayaraq həm də reallıqdan qorxur. Həmin mərhələnin hansı acı sonluqla bitəcəyini, yekun nəticəni dərk edən aşiq psixoloqla məsləhətləşməyə qərar versə də, tövsiyələr bəzən ona cansıxıcı gəlir. Lakin möhkəm iradə və düzgün psixoterapiya onun köməyinə çata bilər. Affektiv sevgi adətən tez alovlanır, tez də sönür. Sönmə mərhələsində beyindəki filtr əksinə işləyir. Yəni ən xırda məni cəhət şişirdilir, qloballaşdırılır. Sağlam aşiqlik də mümkündür. Aşiqlik mərhələsi iki ilədək davam edir.
Bundan sonrakı mərhələ bağlılıq ola bilər. Bu hiss itirilən zaman dərk olunur. Əslində həmin prosesdə də şəxsiyyət real insana vurulmur, qeyri-real obrazın xüsusiyyətlərini kimdəsə axtarırır. Bağlılıq adətən tənhalıq qorxusundan yaranır. Ailədə sağlam bağlılığın olması vacib və müsbət keyfiyyətdir. Bağlılıq ömür boyu davam edə bilər. Lakin bağlılığı sevgi ilə eyniləşdirmək olmaz, bu düzgün deyil. Əgər həmin proses baş verərsə, onda problemlər yaranacaq.
Həvəs elə bir hissdir ki, onda reallıq var. Konkret və real insanla bağlı olur. Adətən keçici hiss kimi dəyərləndirilir, ömrü uzun olmur.
Tamamlanmamış sevgi reyqanik effekt adlanır. Əgər ilk sevgisində uğursuzluğa düçar olubsa, onda həmin şəxsiyyətin psixoloji vəziyyətini məhz bu terminlə izah etmək olar. Əgər o ilk sevgisinə uyğun insan axtarırsa və fantaziyaları da şüuraltı olursa deməli, şəxsiyyət artıq geştayt mərhələsinə qədəm qoyub. O, ikinci dəfə sevdiyi insanı şüuraltında ilk sevgisi kimi qəbul edir, ən elementar cizgidə oxşarlıq axtarır, yaşaya bilmədiklərini də bu dövrdə reallaşdırmağa çalışır, sevgisini tamamlamağı qarşısına məqsəd qoyur. Çünki ilk sevgi onun üçün etalondur.
Nevrotik sevgi isə yuxarıda qeyd olunanlardan fərqlənir və özü də qruplara bölünür:
Birləşmə;
Asılılıq;
Özünüqurban.
Birləşmə prosesində insan öz şəxsiyyətini tamamilə itirir, yəni birləşdiyi insanla bir şəxsiyyətə çevrilir. Ana olmağa namizəd qadının öz körpəsi ilə birləşməsi həm psixoloji, həm də fizioloji prosesdir. Lakin körpə doğulandan sonra ana körpəsinin də ayrıca fərd olmasını, gələcəkdə şəxsiyyət kimi formalaşacağı fikrini dərk etməlidir. Əgər ana bunu qəbul edə bilmirsə, deməli, müəyyən problemləri var, onda şüurlu “biz” anlayışı formalaşdırılmalıdır. Nevrotik “biz” anlayışının mövcudluğu dəhşətli psixoloji depresiyalardan xəbər verir.
Asılılıq da birləşmə kimi təhlükəlidir. Bu prosesi “girov sindromu” ilə izah edək. Əsir, girov götürülən şəxs teroristlə eyni hissləri paylaşır, onun həyəcanını, sevincini bölüşür.
Özünüqurban fədakarlıqdır. Daha doğrusu fədəkarlığın ən yüksək nöqtəsidir. Ona görə təhlükəli hesab edilir. Konkret səviyyədə (“qızıl orta”) olsa daha yaxşıdır. Ananın körpəsinə də özünü qurban verməsi düzgün deyil. Hətta ananın fədakarlığının yüksək həddə çatması iki şəxsiyyətin məhvinə səbəb ola bilər. Bunu psixoloqlar alturizm termini altında araşdırırlar. Kiməsə balıq yedizdirmək istəyirsənsə, ona balıq tutmağı öyrət” kimi ibrətamiz fikirlər bu halın psixoterapiyası zamanı kömək ola bilər.
Ümumiyyətlə, sevgi özümüzü dərk etdiyimiz dövrdə baş tutarsa, sağlam münasibətin formalaşması ehtimalı daha yüksəkdir. Ortaq cəhətlər nə qədər çox olsa da hər kəsin şüurlu sevgi anlayışı fərqlidir və spesifikdir. Buna hörmətlə yanaşmaq lazımdı.
Göz rənginə görə xarakteriniz
Mavi - mavi gözlü insanlar enerjili, pozitiv düŞüncəli, tez qərar verməyi
bacaran olurlar. Əli açıq olan mavi gözlülər dəyiŞikliklərdən qorxmurlar. Bir
az xəyalpərəstirlər.
Bunun üçündə reallıqları görməkdə çətinlik çəkirlər.
Mavi gözü olan insan ətrafındakılar tərəfindən çox sevilir. Vəzifəpərəst olmurlar.
Qara - qara gözlü insanlar çox həyacanlanan, nizam-intizamlı olurlar. Onların sevgisi kimi kinləri də çox güclüdür. Qarşılarındakı insanları daima idarə etmək istəyirlər. Qara gözlər ehtiras, çoşğu əlamətidir. Amma bəzən belə rəngli gözü olan insanlar təsəvvür ediləndən də hiyləgər ola bilər.
Yaşıl göz insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olmaqlarına baxmayaraq heç kimin xətrinə dəyməməyə çalışırlar. Bunun üçün də hisslərinə hakim olmağı bacarırlar. Gözü yaşıl olan insanlar yaxşı qərar verə bilən və qabiliyyətli olurlar. Onlar son dərəcə qısqanclıqları ilə də seçilir.
Ala göz - intuisiaları güclüdür, olduqca həssas bir ürəyə sahibdir. Çox qürurlu olurlar və qürurlarını qıranları əsla bağışlamırlar.
Qəhvərəngli göz - belə insanların ən pis xüsusiyyəti özlər haqqında olan sirləri hamıya demələridir. Adətən "gözü bağlı" olurlar. Yaşadıqları uğursuzluqlar həyatda daha real qərarlar verməklərinə kömək edir. Qəhvərəngli gözlü insanlar baŞqalarını düŞünən, hamı ilə yola getməyi bacarırlar. Amma bəzən onların sədaqətsiz olmaları və işlər istədiyi kimi getməyəndə, çox əsəbləŞdiklərini görmək olar.
Bunun üçündə reallıqları görməkdə çətinlik çəkirlər.
Mavi gözü olan insan ətrafındakılar tərəfindən çox sevilir. Vəzifəpərəst olmurlar.
Qara - qara gözlü insanlar çox həyacanlanan, nizam-intizamlı olurlar. Onların sevgisi kimi kinləri də çox güclüdür. Qarşılarındakı insanları daima idarə etmək istəyirlər. Qara gözlər ehtiras, çoşğu əlamətidir. Amma bəzən belə rəngli gözü olan insanlar təsəvvür ediləndən də hiyləgər ola bilər.
Yaşıl göz insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olmaqlarına baxmayaraq heç kimin xətrinə dəyməməyə çalışırlar. Bunun üçün də hisslərinə hakim olmağı bacarırlar. Gözü yaşıl olan insanlar yaxşı qərar verə bilən və qabiliyyətli olurlar. Onlar son dərəcə qısqanclıqları ilə də seçilir.
Ala göz - intuisiaları güclüdür, olduqca həssas bir ürəyə sahibdir. Çox qürurlu olurlar və qürurlarını qıranları əsla bağışlamırlar.
Qəhvərəngli göz - belə insanların ən pis xüsusiyyəti özlər haqqında olan sirləri hamıya demələridir. Adətən "gözü bağlı" olurlar. Yaşadıqları uğursuzluqlar həyatda daha real qərarlar verməklərinə kömək edir. Qəhvərəngli gözlü insanlar baŞqalarını düŞünən, hamı ilə yola getməyi bacarırlar. Amma bəzən onların sədaqətsiz olmaları və işlər istədiyi kimi getməyəndə, çox əsəbləŞdiklərini görmək olar.
Комментариев нет:
Отправить комментарий