Psixoloji Testlər

                                     İNSAN MÜNASİBƏTLƏRİ TESTİ



1. Özünüzü nə vaxt ən yaxşı hiss edirsiniz?
A) Səhərlər
B) günortadan sonra və axşama doğru
C) Gecənin irəliləyən saatlarında

2. Necə yeriyirsiniz?
A) Sürətli və uzun addımlarla
B) Sürətli və qısa addımlarla
C) Normaldan yavaş və ətrafa baxınaraq
D) Yavaş və başı əyik
E) Çox yavaş

3. İnsanlarla danışarkən
A) Qollarımı sinəmdə qatlamış olaraq dayanaram
B) Əllərimi sıxaram
C) Bir və ya iki əlimi belimə qoyaram
D) Danışdığım insanlara toxunar və ya itələtdirərəm
E) Qulağımla oynayar, çənəmə toxunar və ya saçımı düzəldərəm

4. İstirahət edərkən necə oturursunuz?
A) Dizlər qatlanmış və qıçlar bir-birinə bitişik olaraq
B) Ayaqlar çarpazlanmış olaraq
C) Qıçlarımı uzadaraq
D) Bir qıçımı altıma qatlayaraq

5. Çox xoşunuza gələn bir şey olduğunda nə edirsiniz?
A) Böyük bir qəhqəhə çəkirəm
B) Gülürəm,amma çox səsli deyil
C) Bir dəfəlik gülərəm
D) Səssizcə gülümsəyirəm

6. Bir partiyaya və ya ictimai fəaliyyətə qatıldığınızda
A) Hər kəs sizi hiss edəcək şəkildə gurultulu bir giriş edirsiniz
B) Səssiz bir giriş edib ətrafınızda tanıdığınıza baxırsınız
C) Çox səssizcə girib kimsənin sizi hiss etməməsinə cəhd göstərərsiniz

7. Çox çətin bir işə diqqətinizi vermişkən narahat edilirsiniz.Ne edərsiniz?
A) Məmnuniyyətlə qarşılayaram
B) Həddən artıq dərəcədə narahat olaram
C) Müəyyən olmaz iki-üç dəyişən davranışlar göstərərəm

8. Ən çox hansı rəngi sevirsiniz?
A) Qırmızı və ya portağal rəngi
B) Qara
C) Sarı və ya mavi
D) Yaşıl
E) Tünd mavi və ya bənövşəyi
F)
G) Qəhvəyi və ya boz

9. Yataqda yatmazdan əvvəl bir neçə dəqiqədə
A) Kürək üstü yatıb uzanar
B) Qarınınızın üstünə yatıb uzanar
C) Yüngül qıvrılmış olaraq yan tərəfinizə yatar
D) Başınızı bir qolunuzun üzərinə qoyarsınız
E) Başınızı yorğanın altına bağlayar

10. Yuxunuzda ümumiyyətlə
A) Yıxılarsınız
B) Döyüş edər və ya müzakirə edərsiniz
C) Kimisə və ya bir şeylər axtararsınız
D) Uçar və ya üzərsiniz
E) Ümumiyyətlə yuxu görməzsiniz
F) Yuxularınız həmişə xoşdur



İndi ballarınızı toplayın

60 BAL VƏ YUXARI
İnsanlar sizinlə kövrək bir əşya  kimi rəftar edirlər. Qürurlu, eqoist və həddindən artıq özündən razı biri olaraq görsənirsiniz. İnsanlar sizə heyranlıq duyub sizin kimi olmaq istəyə bilərlər,amma sizə hər vaxt güvənməzlər və sizinlə çox yaxın əlaqədə olmaqdan qaçarlar.

51 - 60 BAL:
İnsanlar sizi həyəcan verici, havalı, düşüncəsiz quruluşda, təbii liderlik xüsusiyyətləri olan, hər vaxt doğru olmasa da sürətli qərar verən biri olaraq tanıyarlar. Səni cəsur, macərapərəst biri olaraq tanıyarlar; hər şeyi bir dəfə sınamaq istəyən, macəra yaşamaq üçün fürsətləri qaçırmayan biri .. Yaydığınız həyəcandan ötəri insanlar sizinlə eyni iş yerində yaşamaqdan zövq alarlar.

41 - 50 BAL:
İnsanlar sizi təzə, canlı, cazibədar, əyləndirici, praktik və daim maraqlı biri olaraq görərlər; hər vaxt maraq mərkəzi olan amma çox həddindən artığa qaçmayacaq qədər də balanslı biri .. İnsanlar sizi ayrıca xeyirxah, düşüncəli, anlayışlı və özlərini sevindirən və rahatlaşdıran biri olaraq tanıyarlar.

31 - 40 BAL:
İnsanlar sizi məntiqli, ehtiyatlı, diqqətli və praktik biri olaraq görərlər. Sizi ağıllı, qabiliyyətli və hünərli amma təvazökar olaraq tanıyarlar. Çox sürətli yoldaşlıq qurmayan, amma yoldaşlarına qarşı çox sadiq olan və onlardan da eyni şeyi gözləyən biri.



Aşağıdakı psixoloji  sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın.Suallarının cavablarını çox düşünmədən , ağılınıza ilk gəldiyi şəkildə bir kağıza yazın.


Meşənin içində gedirsiniz. Yanınızda kim var?

Meşənin içində gedirsiniz. Bir heyvan gördünüz .. Nə cür bir heyvan?

Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar?(aqresiv ve ya əksi)

Meşənin içində bir az daha gedirsiniz. Birdən bir açıqlığa çıxırsınız və qarşınızda xəyalinizdaki ev dayanır. Bu evi təsvir edin.

Xəyalinizdakı evin ətrafında  sarmaşıq  varmı?

Evin içinə girirsiniz. Yemək otağına gedirsiniz və yemək masasını görürsünüz. Masanın üzərində və ətrafında nə olduğunu təsvir edin.

Arxa qapıdan çölə çıxırsınız. Otların üzərində bir qab görürsünüz. Qabın materialı nədəndir? (taxta,şüşə, kağız, dəmir və s.)?

Qabın vəziyyəti necədi? (qırıq, möhkəm, köhnə, yeni). Qab ilə nə edirsiniz?

Evin kənarına doğru gedirsiniz və özünüzü su kənarında tapırsınız. Nə tip bir su (göl, çay, okean və s.)

Suyun qarşısına necə keçirsiniz?(yəni islanırsız və ya quru)




Sizinlə gedən adam həyatınızdakı ən əhəmiyyətli adamdır.
Heyvanın böyüklüyü fərdi problemlərinizi nə qədər böyük gördüyünüzü təmsil edir.
Heyvan ilə aranızda keçən qarşılaşmanın problemlərinizlə necə baş etdiyinizi göstərir. (passiv, aqressiv).
Xəyalinizdəki evin böyüklüyü problemlərinizi həll etmək üçün nə qədər istəkli olduğunuzu göstərir.
Evin ətrafında heç sarmaşıq olmaması açıq bir insan olduğunuzu göstərir. İnsanlar hər zaman evinizə ziyarətə gələ bilər. Sarmaşıqların olması bir az daha bağlı bir xarakteri göstərir. İnsanların əvvəl zəng edərək gəlməsini istəyərsiniz.
Əgər cavabınızın içində, yeməkdə insanlar ya da çiçəklər yoxdursa ümumiyyətlə neqativ bir insansınız.
Qab nə qədər dayanıqlı bir vəsaitdən edilmiş isə 1ci  sualdakı yoldaşınız ilə olan əlaqəniz də o qədər dayanıqlı deməkdir. Məsələn: kağız və şüşə dayanıqlı deyil buna qarşılıq metal ya da plastik dayanıqlıdır.
Qab ilə nə etdiyiniz, 1ci sualdakı yoldaşınıza qarşı rəftarınızı ortaya qoyur. Məsələn qab misdən hazırlanmış və içi su dolu isə təkrar evə daşıyırsınızsa, bu sizin yoldaşınıza dəyər verdiyinizi göstərər və əlaqənizin möhkəm təməllərə söykəndiyini işarədir. Halbuki qab saxsıdır və qırıq isə, sizdə parçaları evdən uzağa atırsınızsa, bu adam ilə əlaqənizdə problemlər olduğunu və onu uzaqlaşdırmağa çalışdığınızı göstərir.
Suyun böyüklüyü sizin məhəbbətinizin göstəricisidir.Suyun qarşısına keçərkən nə qədər islandığınız məhəbbət həyatınızın nə qədər əhəmiyyətli olduğunu göstərir.






Nə qədər məsuliyyət
sahibiyik.


SUALLAR

1)Əhəmiyyətli bir  tədbirə gedəcəksiniz, amma tədbirdə iştirak etmək üçün göy rəndə paltar geyməlisiniz və bu da siz də yoxdur .Bu zaman nə edərdiniz?


a) Birindən borc alaram
b) Qara paltarım  var, onu geyinmek olmazmı?
c) Pulla alaram

2)Sizə özəl  biri ilə  görüşmək üzrə sözləşdiniz .   Görüş vaxtına  30 dəqiqə var, siz  avtobus dayanacağındasınız  və sizin avtobus  hələ gəlməyib.

a) Avtobus bir azdan gəlir.
b) Taksiyə  minərəm.
c) Bir neçə avtobus dəyişdirərəm.

3) Dükandan lazım olanlarınızı  götürürsünüz  və kassada  pulunuz aldıqlarınızı çatmadı

a) Pulun çatdığı qədərini alaram
b)Kassadan  keçirdiklərimi  daha ucuzlarıyla dəyiştirərəm
c) Borclu olduğum pulu sonar  göndərərəm

4)Divara astığınız cədvəl az əyri dayanır

a) Sonra düzəldərəm
b) Əhəmiyyətli deyil
c) Qalxar düzəldərəm

5 )Bir yaxınınızın həkimə götürdünüz. Həkim  sizə söz verdiyi saatda xəstəxanada deyildi.

a) Gözləyərəm,  vaxtımız var
b) Bəlkə əhəmiyyətli bir işi çıxmışdır
c) Bu nə məsuliyyətsizlik

6)Bir yoldaşınızın evindəsiniz və telefonla təcili olaraq bir yerəzəng etmək  lazımdır

a) Çölə çıxar zəng etmək üçün yer axtararam
b) Yoldaşımdan  telefonunu istifadə etmək  üçün icazə istəyərəm
c) Evə gedincə axtararam

7)Piyadalara qırmızı yanır amma qarşıdan da heç avtomobil gəlmir

a) Ətrafa baxar polis yoxsa keçərəm
b) Dərhal keçərəm
c) Yaşıl işığı gözləyərəm

8) Telefonda .................

a) Söhbət etməyi xoşlayıram
b) Dərdimi izah edirəm
c) Daha rahat danışıram

9 )Fakturanın  son günü və fakturanı ödəmək üçün  banka getdiniz,  lakin bankda xeyli növbə var.

a) Nə edək , gözləyərəm
b) Axşama vaxtı  təkrar gələrəm
c) O qədər gözləyə bilmərəm sabah cəriməli  ödəyərəm

10)Dostunuz sizinlə görüşüb alverə getmək istədiyini söylədi. ......................görüşəcəyimizi  soruşaram

a) Harada
b) Necə
c) Saat neçədə

BAL CƏDVƏLİ

     a b c
1 - 1 2 3
2 - 3 1 2
3 - 1 2 3
4 - 2 3 1
5 - 3 1 2
6 - 1 2 3
7 - 2 3 1
8 - 3 1 2
9 - 1 2 3
10 - 2 3 1

QİYMƏTLƏNDİRMƏ
 1- 13  bal
Tam bir məsuliyyət sahibisiz . Qaydalara uyğun gəldiyiniz ölçüdə həyatdan həzz alırsınız.  Bu da ətrafınızdakıların sizə güvənməsini təmin edir. Dostlarınız həmişə sizing onların  yanlarında olmanızı istəyir. Lakin diqqətli olun , özünüzü çox yormayın. , çünki köməyə ehtiyacınız  olduğunda yanınızda bəzilərini tapmaya bilərsiniz. Sizin kimi qaydalara uyğun gələn və məsuliyyət sahibi insan sayı təxmin etdiyiniz qədər çox deyil.

14-22 bal arası
Məsuliyyət sahibi olmağı və qaydalara riayət etməyi  istəyirsiniz amma heç cür sabitlik tapmırsınız. Bunun səbəbi də çox tələsmənizdir. İnsanların ortaq paylaşdıqları sahələrdə qaydaların olması və bunlara hər kəsin uyğun gəlməsi cəmiyyətin yaşaması üçün  vacibdir. Siz də bu məsuliyyəti daşıya biləcək insanlardansınız.  Sabit ola bilmək üçün inanmaq lazımdır.

23-30 bal arası
Çox rahat bir insansınız. Mümkün olsa heç bir qaydaya zidd və heç bir məsuliyyətin altına girməyəcəksiniz. Amma həyat o qədər sadə deyil. Hər kəsin və hər mühitin ciddiliyinə nisbətlə artan qaydaları var. Siz cəmiyyətdən kənarlaşdırılaraq bunlardan qurtara bilməzsiniz. Əvvəl-axır bir mühitə girmək və insanlarla görüşmək məcburiyyətindəsiniz. Məsuliyyətlərdən və qaydalardan kef almağı öyrənə bilərsiniz.


Test sizi maraqlandıran insanların şəxsiyyətini tez bir zamanda öyrənməyə imkan verir.


Təlimat: Verilmiş 5 fiqura baxın.Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. 1-ci yerə seçdiyiniz fiqur sizin xüsusuyyətlərinizi və üstünlük təşkil edən xarakterinizi bildirir. 5-ci yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları bildirir.
İndi isə seçin.Seçıb qurtarmayınca mətni oxumayın!







Növbəti testlər

Kvadrat: Əgər siz ilk növbədə kvadratı seçmisinizsə,deməli yorulmaq bilməyən zəhmətkeşsiniz.Əalmətləri :Təşkilatçılıq, başladığı işi sona çatdırmaq səyi, çalışqanlıq, dözümlülük, səbr,sistemlilik, adətən kvadratların öz sahəsində yüksəkixtisaslə mütəxəsis olmasına imkan verir.
Əgər əminliklə seçmisinizsə onda sizi sol yarımkürəli insanlara aid etmək olar.Kvadratlar həddən artiq diqqətcildirlər,adət olunmuş həyat tərzini  dəyişməyi sevmirlər,səliqə-səhmanı sevirlər.
Kvadratlardan yaxşı inzibatçı, icraçı nadir hallarda menecer olurlar. Emosional quruluq soyuqluq insanlarla ünsiyyət yaratmasına mane olur.Riski sevmirlər.

Üçbucaq: Liderlik əlamətidir.Qarşılarına məqsəd qoyan və nail olan möhkəm şəxsiyətlərdir. Sol yarımkürəli insanlardır lakin kvadratlardan fərqli olaraq xırdalıqlara yox əsas məqsədə yönəldirlər.Özlərinə inanan və həmişə haqlı sayan adamlardır.Şöhrətpərəstdirlər.Tez-tez risk edirlər.Öz səhvlərini etiraf etməkdə çətinlik çəkirlər.Hər bir işdə üstünlük təşkil edirlər.Onların məqsədi qələbə çalmaqdır.

Düzbucaqlı: Bu füquru seçənlər hal-hazırda keçirdikləri həyat tərzindən narazı olub daha yaxşı həyat şəraiti axtarışı ilə məşğuldurlar.Bu fiqur keçid və dəyişiklik simvoludur demək olar ki,problemlər içərisində başını iitirib.
Xarakterik əlamətləri:günbəgün dəyişirlər.Özlərini bəyənmirlər,lakin keçicidir.Hər cür yeniliyi asanliqla qəbul edirlər.Həddən artıq tez inanan,təsirlənən,sadəlövh olurlar.Lakin keçici haldır.

Dairə: Dairə beş forma içərisində ən xeyirxahıdır.Ünsiyətə girməyi daha tez bacarırlar.Yaxşı dinləyicidirlər.Yüksək dərəcədə həssasdırlar.Başqalarının dərdinə şərik olmaq hissi güclüdür.Ona görə də insanlar onlara can atırlar.İnsanları çox gözəl oxuya bilirlər və yalançını dərhal ifşa edirlər.Mübahisəni sevmirlər.Biznes sahəsində zəifdirlər və rəhbərlik onlarlıq deyil,zəifdirlərQətiyətsizdirlər.sağyarımkürəli insanlardır.

Ziqzaq: Yaradıcılıq simvoludur.Sağyarımkürəli düşüncə tərzinə malikdirlər,yəni məntiqdən çox intuisiya xasdır.Mübahisələrdə güzəştə getmir əksinə kəskinləşdirilər.Müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar.Dəqiq,qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır.Kimdənsə asılı olmağı xoşlamırlar,daha çox reallıqla deyil,ideyalarla maraqlanırlar,həyatının müəyyən bir hissəsi ideyalar dünyasında keçir.Coşqun,səbirsiz,sözü üzə deyən olurlar.




1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?

Bəli-3 xeyr-2

2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?

Bəli-4 xeyr-1

3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?

Bəli-4 xeyr-2

4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?

Bəli-2 xeyr-1

5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?

Bəli-3 xeyr-2

6. Krossvord həll etməyi xoşlayırsınızmı?
Bəli-1 xeyr-4

7. Gimnastika ilə məşğul olursunuz?

Bəli-3 xeyr-1

8. Başının tez-tez ağrıyır?

Bəli-1 xeyr-2

9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?

Bəli-4 xeyr-1

10. Həmişə eyni saç düzümündə gəzirsiniz?

Bəli-4 xeyr-1

11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?

Bəli-4 xeyr-1

20 baldan az -I Tip
21-25 bal - II Tip
25 baldan çox - IIITip

I Tip - Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.

II Tip – İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.

IIITip – Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.





Hər bir sözün qarşısında onu təsvir edən əlamət (xüsusiyyət) yazın. (Məsələn, xoruz –cəsarətli, qorxmaz və s.)


İt-......
Pişik-......
Siçan-......
Dəniz-......




İtin təsviri-öz təsvirinizdir (yəni burada yazdığınız xüsusiyyətlər sizə aiddir),
Pişiyin təsviri-partnyorunuzun təsviridir,
Siçanın təsviri-düşməninizin təsviridir.
Dənizin təsviri-sizin həyatınızdır.




Çöldəsiniz yanınızda aşağıdakı heyvanlar var:

- Şir
- İnək
- At
- Qoyun
- Meymun
Çöldən çıxmaq üçün bu heyvanları bir-bir dəstədən çıxarmalısınız. Çıxardığınız heyvanları ardıcıllıqla bir yerə qeyd edin. Ən sonda sizinlə bir heyvan qalır. Bu heyvan hansıdır?



Cavablar:
Bu cavablar Yapon qaynaqlarından götürülüb. Çöl çətinliklərin göstəricisidir.Heyvanlardan isə:
-         Şir - qürur
-         İnək - əsas ehtiyaclar
-         At – arzularınız
-         Qoyun – dostlar
-         Meymun – uşaqlar (uşaqlarınız)





Depressiya şkalası

Aşağıda verilən cümlələri diqqətlə oxuyun və özünüzü hiss etmənizə görə müvafiq olan rəqəmi dairəyə alın.Suallar üzərində çox fikirləşməyin çünki,düzgün və düzgün olmayan cavab yoxdur.
1 - Heç bir zaman 
2 - Bəzən
3 - Tez-tez
4 - Daima

1. Mən ruhdan düşmüşəm. 
1 2 3 4
2. Səhərlər mən özümü çox yaxşı hiss edirəm. 
1 2 3 4
3. Mənim ağlar günlərim olur. 
1 2 3 4
4. Mənim gecə yuxum çox pisdir. 
1 2 3 4
5. Adətən işdahım çox yaxşıdır. 
1 2 3 4
6. Maraqlı insanlara baxmaq,onlarla söhbət etmək,onların yanında olmaq mənə xoşdur. 
1 2 3 4
7. Mən öz çəkimi itirdikdə bunu hiss edirəm. 
1 2 3 4
8. Məni qəbizlik halları narahat edir. 
1 2 3 4
9. Ürəyim tez-tez döyünür. 
1 2 3 4
10. Kifayət qədər səbəb olmadan tez yoruluram. 
1 2 3 4
11. Hər şeyi aydın dərk edirəm. 
1 2 3 4
12. Bacardığım işi görmək mənə çox asandır. 
1 2 3 4
13. Çox narahatam bir yerdə otura bilmirəm. 
1 2 3 4
14. Mənim gələcəyə çox böyük ümidlərim var. 
1 2 3 4
15. Mən həmişə olduğumdan indi daha çox əsəbiyəm. 
1 2 3 4
16. Qərar qəbul etmək mənim üçün çox asandır. 
1 2 3 4
17. Hiss edirəm ki,mən çox lazımlı adamam. 
1 2 3 4
18. Mən çox xoşbəxtəm. 
1 2 3 4
19. Mən hiss edirəm ki,əgər ölsəm başqa adamlara yaxşı olar. 
1 2 3 4
20. Hər kiçik bir işdən zövq alıram,hər bir şey məni sevindirə bilər.
1 2 3 4
Açar
Depresiya səviyyəsi (DS) aşağıdakı formul üzrə hesablanır.
DS = ∑B + ∑Ə
∑B - 1,3,4,7,8,9,10,13,15,19 cümlələrin qarşısındakı olan dairəyə alınmış rəqəmlərin cəmidir.
∑Ə – 2,5,6,11,12,14,16,17,18,20 cümlələrin qarşısında olan dairəyə alınmış rəqəmlərin əksidir.
Qeyd: 1-in əksi 4 , 4-ün əksi 1-dir. 2-nin əksi 3 , 3-ün əksi isə 2-dir.

Nəticə 
DS- 20 və 80 bal arasında təzahür edə bilər.Əgər DS-50 baldan çox deyilsə o zaman depressiv vəziyyətin olmadığı diaqnozlaşdırılır.Əgər DS-50 və 59 bal arasındadırsa o zaman yüngül depressiv vəziyyətin olduğu diaqnozlaşdırılır.Buna situativ depressiya da deyirlər.Əgər DS-60-69 ballar arasında olarsa subdepressiv vəziyyət diaqnozlaşdırılır.Həqiqi depressiv vəziyyət DS-70 baldan çox olanda diaqnozlaşdırılır.




Probleminiz həll etməyə qadirsinizmi?

1. Probleminizi və başınıza gələn pis hadisə barədə bölüşürsünüzmü?
A) Xeyir. Bu mənə kömək etmir.- 3
B) Hə. Münasib həmsöhbət varsa -1
C) Həmişə yox. Hərənin öz dərdi var. -2

2. Probleminizə görə çox fikir edirsinizmi?
A) Həmişə və çox ağır- 4
B) Hər şey vəziyyətdən asılıdır. -0
C) Razılaşıram, çünki gec-tez hər bir çətinliyin sonu gələcək -2

3. Siz çox fikirlisiniz. Bu halda nə edirsiniz?
A) Çoxdan arzuladığımı həyata keçirirəm -0
B) Yaxşı dostlarımla görüşürəm -2
C) Evdə otururam və özümə yazığım gəlir -4

4. Yaxın adamınız sizin xətrinizə dəyib. Neyniyəcəksiniz?
A) Çanağıma çəkiləcəm -3
B) İzahat tələb edəcəm -0
C) Dərdimi qulaq asmağa hazır olan adamla bölüşəcəm -1

5. Xoşbəxt anlarda
A) Bəxbəxtlik barədə düşünmürəm -1
B) Xoşbəxtliyimin bitəcəyi barədə fikirlər məni rahat buraxmır. -3
C) Həyatda problemlərin şıx olması barədə unutmuram -5

6. Psixiatrlara münasibətiniz necədir?
A) Onun xəstəsi olmaq istəməzdim -4
B) Onlar çıxlarına kömək edir -2
C) İnsan öz-özünə kömək etmək iqtidarındadır -3

7. Sizin fikrinizcə tale
A) Həmişə sizi sınağa çəkir-5
B) Sizi gözümçıxdıya salır -2
C) Sizin tərəfinizdədir -1

8. Sevdiyiniz adamla dalaşandan sonra qəzəbiniz yavaş-yavaş soyuyr və siz nə baradə düşünürsünüz?
A) Keçmişdə olan xoş hadisələr barədə -1
B) Gizli qisas barədə- 2
C) Ondan çəkdiyiniz əziyyət barədə -3

Nəticələr

7-15 xal
Siz çətinliklərlə, hətta bədbəxtliklə asanlıqla razılaşırsınız. Çünki onlara düzgün qiymət verməyi bacarırsınız Əsası sizin özünüzə yazığınız gəlir (bir çoxlarına xas olan zəiflik) Sizin ruhi müvazinətinizə qibtə etmək olar

16-26 xal
Tez-tez öz taleyinizdın gileylənirsiniz. Problem və çətinliklərinizi başqalarının üzərinə tökməyi xoşlayırsınız. Kiminsə şəvqətinə ehtiyacınız var. Bəlkə ən yaxşısı özünüzü idarə etməyi öyrənməyinizdir

27-36 xal
Öz dərdlərinizin öhdəsindən gələ bilmirsiniz. Bəlkə elə buna görə onlar sizə əzab verirlər. Siz özünüzə qapanırsınız və tez-tez özünüzə yazığınız gəlir





Sizin psixoloji yaşınız neçədir? 

Tam razısınızsa              –    4 bal
Qismən razısınızsa         –    3 bal
O qədər də razı deyiləm –    2 bal
Qəti razı deyiləm            –    1 bal

1.Məncə, gözəl yumor hissim var.
2.Mənim intuisiyam pis deyil,hər zaman  digərlərinin nə nəzərdə tutduğunu anlayıram.
3.Ümid edirəm ki, gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir.
4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur.
5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər.
6.Mən uşaqları sevirəm.
7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram.
8.Hansısa işi görəndə,onu yaxşı etmək üsulu tapmağa çalışıram.
9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır.
10.İşlə yanaşı mənim bir çox əyləncələrim var.
11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram.
12.İşim digərlərinə xeyir gətirir.
13.Mən hərdən arzu etməyi xoşlayıram.
14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.
15.Mən yeni ideyaları böyük maraqla qarşılayıram.
16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram.
17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram.
18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın insanım var.
19.Mən fiziki fəallıqdan həzz alıram.
20.Yeni insanlarla görüşməyi xoşlayıram.
21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim.
22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır.
23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram.
24.Mənim yaşadığım zaman xoşuma gəlmir.
25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq.
  
75 baldan yuxarı-Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusuz.Siz ünsiyyətcil,optimist,xeyirxahsınız.Gec qocalacaqsınız.
50-75 bal- Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz.Qayğılar və stresslər sizin sevinmək qabiliyyətinizi zəiflədib,amma ciddilik və cavabdehliyi öyrətdi.Siz “orta” yaşlısınız.Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz.
50 baldan yuxarı-Sizin kimi insanlardan adətən belə deyirlər ki,onlar çox görüblər,sınaqdan keçiriblər,hər şeyin dəyərini bilirlər.Ancaq bu an tez baş verməyib ki,O qədər çox şey görmək, bilmək, yaşamaq olar ki.





Mənəvi gücünüzü ölçün

Sualları ,,bəli” və ,,xeyr” deyə cavablandırın
1.      Müsbət hadisələrin əvvəlcə zövqünü yaşayıram,neqativ hadisələrdən dərs çıxarıram (İnanma gücü).
2.      Hələ ki, əldə edə bilmədiyim hədəflərimdən narahat olmuram,planlı, nizamlı və səbirlə çalışaraq hədəfimə çataram (İnanma gücü).
3.      İnsanları ürəkdən sevirəm,maraqlandığım kifayət qədər dostum var (Duyğu gücü).
4.      Özümü başqaları ilə müqayisə etmərəm,özümlə yarışaq,əlimdəki dəyərlərin fərqinə vararaq şükr edərəm (Qənaətbəxş olma gücü).
5.      Müqəddəs hisslər içində səssizliyə çəkilə bilər, ürəkdən dua edə bilərəm (Duyğu gücü).
6.      Boş oturmağı, lazımsız yuxu, yaratsız məşğuliyyətləri sevmirəm (İsrar gücü).
7.      Mən və başqaları xəta edəndə reaksiyamı gecikdirər, səbəbləri analiz edərək məntiqli mövqe tuturam (İradə gücü).
8.      Haqsızlıq etməməyə diqqət edərəm, amma qarşıma çıxan hər kəsi razı etmək məcburiyyətində hiss etmərəm
9.      Özümü ,,Mənliyim”lə birgə mənimsəyər,özümə dəyər verər,inkişafıma diqqət yetirərəm.
10. Keçmiş neqativ hadisələrdən dərs alıb tezliklə unudaram və həmişə gələcəyə baxaram (İsrar gücü).
11. Pulu dəhşətli dərəcədə sevmirəm,israfdan kənar durar,eqoist zövqümün əsiri olmaram (Qənaətbəxş olma gücü).
12. Ən çətin şərtlərdə Yaradana və bacarıqlarıma güvənər, daxilə qapanmaq əvəzinə fəaliyyətə keçərəm (İradə gücü).


,,Bəli” cavablarınızın sayını hesablayın.buna uyğun olaraq;
1-3 : Özünüzü Çox pis hiss edirsiniz,ruhi gücünüz çox aşağıdır. Bu baxımdan dəyişməlisiniz.
4-7 : Həyat yavaş-yavaş sizə ağır gəlməyə başlayır.Müsbət tərəflərinizi inkişaf etdirin.
8 və daha çox : Çox güclüsünüz.Asanlıqla məğlub olmazsınız. Həyatı sizinlə bölüşmək çox gözəldir.



Aşağıdakı suallara cavab verməklə əsəbi, tez həyəcanlanmağa meylli və ya əksinə - sakit təbiətli, təmkinli, istənilən vəziyyətdən asanlıqla çıxa bilmək qabiliyyətinə malik insan olduğunuzu aydınlaşdırın.

 Bütün sualların "bəli" cavabına 1 bal, "xeyr"cavabına 0 bal.

1.Səbriniz çox tez tükənir?
2.Əhvalınız tez-tez dəyişir?
3.Ətrafdakı insanların sizin haqqınızdakı fikirləri sizi maraqlandırır?
4.Ətrafdakılara qarşı aqressiv olursunuz?
5.Tez-tez fikriniz yayınır və siz hər şeyi unudursunuz?
6.Sizə elə gəlir ki, heç nəyə vaxtınız çatmır?
7.Nədənsə narahat olduğunuz zaman yuxunuz qacır?
8.Səslər sizi tez-tez qıcıqlandırır?
9.Telefon zəngi çalanda tez-tez diksinirsiniz?
10.Hətta kiçik, nəzərə carpmayacaq problemlər sizi hövsələdən çıxarır?
11.Səhhətiniz sizi düşündürür?
12.Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz?
13.Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir?
14.Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib?
15.Gecə yatmazdan əvvəl giriş qapısının bağlı olduğunu bir neçə dəfə yoxlayırsınız?

0-5 bal - sakit,təmkinli
5-10 bal - orta gərgin vəziyyət
10-15 bal - çox səbirsiz, əsəbi




ÖZÜNÜZƏ İNAMINIZI ÖLÇÜN!
Aşağıdakı sualları "bəli" ya da "xeyr" şəklində cavablandırın.

1. İş ya da universitet üçün etdiyiniz üç müraciətiniz rədd edilsə öz qabiliyyətinizdən şübhə edərsinizmi?
2. Böyük kütlələr başınızı qarışdırır ya da sizi qorxudurmu?
 3. Hal-hazırda şkafınız köhnə  paltarlarla doludur?
 4. Özünüzə davamlı aynada baxarsınızmı?
 5. Gedərkən ya dakimise gözləyərkən vucudunuzun duruşu dikdir?
6. Çox vaxt insanların sizin haqqınızda dedi-qodu etdiyini düşünürsünüz?
7. Təhlükəsizlik qüvvətlərindən biri sizə yaxınlaşdığında ürəyiniz daha sürətli atmağa başlarmı?
 8. Restoran, avtobus ya da prospektdəkitanımadığınız insanlar arasında sizə kiminsədiqqətlə baxdığını ya da sizə qəhqəhə çəkdiyini hiss edirsinizmi?
9. Tanımadığınız bir ölkəyə bilet qazansanız ya da sizə belə bir bilet verilsə ,tək getməkdənqorxarsınızmı?
 10. Sevdiyiniz adama eşqinizi elan edə biləcəyinizi düşünürsünüz?
11. Çox vaxt pis yuxular görürsünüz?
12. Bir problem olduqda çox vaxt onu öz özünüzə həll edərsinizmi?
 13. Təcili vəziyyətlər- o "qara gün" üçün yığmış olduğunuz pulunuz varmı?
14. Valideynlərinizin sizi sevdiyini hiss edirsinizmi?
15. Hər gün yeni bir şey öyrənmənizin vacib olduğuna inanırsınızmı?
 16. Aldığınız ucuz bir şeyi geri qaytarmaqdansa,zərərə dözərək istifadə etməyi seçərsiniz?
17. Səylərinizin çox vaxt müvəffəqiyyətsizliklə nəticələndiyini hiss edirsinizmi?
 18. İnsanlar çox vaxt sizden öyüd istəyirmi?

CAVABLAR VƏ BAL VERMƏ

Özünüzə hər doğru cavab üçün 2 bal verin

1. xeyr 2. xeyr 3. xeyr 4. xeyr 5. bəli

6. xeyr 7. xeyr 8. xeyr 9. xeyr 10. bəli
11. xeyr 12. bəli 13. bəli 14. bəli 15. bəli
16. xeyr 17. xeyr 18. bəli

BALINIZ
35-44 : özünə güvən baximindan probleminizyoxdur. İnsanlar liderlik və ilham üçün sizə güvənirlər. Ehtimal ki, yenə də, bəzi insanlar sizin özünü bəyənmiş və əzici olduğunuzu düşünür. sözün dogrusu, eqoizminiz çoxdur. Siz şəxsi olaraq sizi öldürməyən şeyin sizi gücləndirəcəyini düşünürsünüz. Ancaq məşhur mütəfəkkir Goethe´nin ifadələriylə "İstənilən hər şeyi etmək üçün insan özünü olduğundan daha yaxşı görməlidir"

20-36 : özünə inam baximindan güclü və zəiftərəfləri olan bir insanı işarə edir. Bu test yoluyla qorxularınızı təyin edə bilər, onların etibarlılığını qiymətləndirə bilər və istəsəniz onları düzəldə bilərsiniz. Xeyr cavablarınıza yenidən baxıb üzərində düşünün.

6-18 : Qorxaq və özünə güvənməyən, ətrafındakıların liderlik və rəhbərliyinə  ehtiyac duyan biriniz. Həyatı gözəl yaşamaq üçün bir az dəstəyə ehtiyacınız olduğu şübhəsizdir. Bilməmək sizi bezdirməsin. Unutmatın ki, Öyrənmənin sehirli qapıları hər vaxt sonuna qədər açıqdır.

0-4 :Bu olduqca nadir rast gəlinən bir baldır ancaq bu aralığa düşsəniz, bu, məlumatlı bir adamdan - bəlkə bir psikiatr,doktor ya da bir din adamından kömək almalisinız mənasına gəlir. Ehtimal ki,Həyat sizin üçün qorxu və narahatlıq doludur.

















Комментариев нет:

Отправить комментарий